"Kəpəz" "Zirə" ilə oyuna hazırdı

"Kəpəz" "Zirə" ilə oyuna hazırdı
XƏBƏR 29 Mart 2016 / 18:00 2377
-  A +

Sabah Topaz Premyer Liqanın 27-ci turunda doğma meydanda “Zirə”ni qəbul edəcək “Kəpəz” bu oyunun hazırlığını Gəncədə davam etdirib.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda oyunun keçiriləcəyi şəhər stadionunda görüş öncəsi son məşqinə çıxıb.
 
Mətbuat və azarkeşlər üçün açıq olan hazırlıq prosesi təxminən 50 dəqiqə çəkib. Əsas milli komanda ilə Türkiyə toplanışında olmuş Namiq Ələsgərov ilə Tərlan Quliyev də komandanın məşqində iştirak edib. 
 
“Zirə” ilə matçda uzun müddətə sıradan çıxan Dario Frederiko ilə yanaşı, Julien Ebah da “Kəpəz”ə kömək edə bilməyəcək. Kamerunlu hücumçu sarı vərəqə limitini doldurduğundan cəzalı vəziyyətə düşüb.

Son xəbərlər
topaz banner