“Qəbələ”nin sabiq futbolçusu Mixail Sivakov Ukrayna mətbuatına müsahibə verib.
Qol.az-ın məlumatına görə, hazırda bu ölkənin "Zarya" klubunda çıxış edən Sivakov Azərbaycandakı karyerası haqda danışıb.
- Ötən yay “Zarya”ya keçidin necə alındı?
- Agentim zəng edib dedi ki, "Zarya"ya keçmək variantı var. Daha öncə “Çernomorets”də çıxış etdiyimdən, “Zarya”nı yaxşı tanıyırdım. Bu səbəbdən çox düşünmədən razılıq verdim.
- Maliyyə vəziyyəti sabit olan “Qəbələ”ni maaşların gecikdiyi “Zarya” klubuna dəyişdin. Bunun səni narahat etməməsi inandırıcı görünmür...
- Zaman göstərəcək. Pul puldur, amma ən vacib bu deyil. Maliyyə cəhətdən "Qəbələ"də hər şey sabit idi. Ancaq başqa amillər var idi ki, hansı ki, mənə çətinlik yaradırdı. Ona görə də "Zarya"ya keçəndə pul mənim üçün birinci pillədə dayanmırdı.
- "Qəbələ"də əsas çətinliyin nədən ibarət idi?
- Ailəmin yanımda olmaması. Qəbələ kiçik şəhərdir. Paytaxt Bakıdan bir neçə saat aralıda yerləşir. Bunu deməklə macəra axtardığıma ehyam vurmaq istəmirəm. Sadəcə, Qəbələdə meydança və oteldən başqa ətraf boşluqdur. Düzdür, oradakı dağlar çox gözəl idi. Ancaq hər gün dağa gedə bilməzsən. Yəni psixoloji mənada mənə çətin idi. İkincisi də ilk vaxtlar Roman Qriqorçukun bizdən tələb etdiyi oyunu meydanda göstərə bilmirdik. “Çernomorets”in sabiq futbolçuları onun tələbləri ilə tanış idilər, digərləri isə yox. Ona görə də, Qriqorçukun istədiyini edənə qədər vaxt getdi.
- Sənə “Qəbələ”də qalmaq təklif olundu?
- “Qəbələ” ilə müqaviləm başa çatdı və dərhal da “Zarya”dan təklif aldım.
- Azərbaycanda ailənizin yanında olmaması sizin üçün narahatlıq yaradırdı. Elə isə ailənizi niyə özünüzlə Qəbələyə aparmadınız?
- Birincisi "Qəbələ" ilə azmüddətli müqavilə bağlamağım idi. İkincisi də Qəbələdə ailəmi apara biləcək yer yoxdur. Bütün komanda oteldə qalırdı. Şəhərdə ev tapmaq inandırıcı deyildi. Ona görə də, heç kim ailəsini Qəbələyə aparmamışdı. Mənim ailəm də aradabir yanıma gəlirdi.
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu