Eddi İsrafilov 75 dəqiqə oynadı, cəzalandı

Eddi İsrafilov 75 dəqiqə oynadı, cəzalandı
XƏBƏR 28 Mart 2016 / 10:35 2099
-  A +

İspaniya Sequndasında 31-ci turun oyunları keçirilib.

Qol.az-ın məlumatına görə, millimizin üzvü Eddi İsrafilovun şərəfini qoruduğu "Kordoba" klubu evdə "Alaves"lə qarşılaşıb.

Matç meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Matça start heyətində çıxan İsrafilov 75-ci dəqiqədə əvəzlənib. O, 8-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, 31 turdan sonra aktivində 47 xal olan "Kordoba" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.


Son xəbərlər
topaz banner