"Rəqib oyuna çox yaxşı başladı. Standart vəziyyət zamanı onların hiyləgərliyini gözləmirdik. Nəticədə təəssüfverici qol buraxdıq”.
Qol.az-ın Sportnet.az-a istinadən yaydığı xəbərə görə, bunu Azərbaycan yığmasının müdafiəçisi Bədavi Hüseynov Antalyada Qazaxıstan millisi ilə yoldaşlıq görüşündən sonra deyib.
Müdafiəçi 0:1 hesablı məğlubiyyəti qol epizodlarını boşa vermələri ilə əlaqələndirib: "Pis çıxış etmədik. Sadəcə, hücumları məntiqi sonluqla tamamlaya bilmədik. Açığı, düşünmürdük ki, rəqib ilk dəqiqələrdən hücuma atılar. İlk dəfə deyil ki, bu qədər qol epizodları əldə edir, onları boşa veririk. Hər halda, düşünürəm ki, oyunun taleyini bir künc zərbəsi həll etdi”.
Yığmanın kapitanı Rəşad Sadıqov əvəzlənərkən kapitanlıq sarğısını məhz Hüseynovun qoluna taxıb. O isə bunu gözləmədiyini söyləyib: "Çünki matçdan əvvəl bu barədə danışmamışdıq və heç kim bunu mənə təklif etməmişdi. Düşündüm ki, ikinci hissədə kapitanlıq Kamran Ağayevə keçəcək. Çünki o, uzun illərdi millinin şərəfini qoruyur. Amma baş məşqçi sarğının mənə verilməsini qərara alıb. Fikrimcə, heç bir narahatlıq olmadı. Üstəlik, məsuliyyətim daha da artdı. Prosineçki kapitanlıq sarğısını mənə verdisə, deməli, gələcəkdə də mənə inanacaq”.
Hüseynovun fikrincə, ikinci hissədə meydana daxil olan 6 yeni futbolçu millimizin oyununu gücləndiriblər: "Xüsusən də, cinahlarımız gücləndi. Namiq Ələsgərov və Cavid Tağıyev oyuna yaxşı qoşuldular. Biz oyunu bərabərləşdirməyə, ikinci hissədə rəqibi öz qapısına sıxmağa çalışdıq. Təbii ki, bunu ilk dəqiqələrdən etsəydik, daha yaxşı olardı”.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video