"Mançester Yunayted" Mourinyoya müqavilə təklif etdi

"Mançester Yunayted" Mourinyoya müqavilə təklif etdi
DÜNYA FUTBOLU 26 Mart 2016 / 20:16 7433
-  A +

"Mançester Yunayted" "Çelsi"nin sabiq baş məşqçisi Joze Mourinyo ilə danışıqlara başlayıb.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, London təmsilçisi portuqaliyalı mütəxəssisə 3 illik müqavilə təklif edib. J.Mourinyo bu müqaviləni qəbul edərsə, ilinə 20 milyon funt sterlinq qazanacaq.

Qeyd edək ki, "MY"nın Mourinyo ilə may ayında sözləşmə imzalayacağı gözlənilir.


Qarabağ FK
Son xəbərlər
topaz banner