"İnter"in zədəli futbolçularından yeni xəbər

"İnter"in zədəli futbolçularından yeni xəbər
XƏBƏR 26 Mart 2016 / 18:13 2813
-  A +

Topaz Premyer Liqanın 27-ci turunda “Neftçi”ni qəbul edəcək Bakı "İnter"i bu oyunun hazırlıqlarını davam etdirir.

Qol.az-ın klubun rəsmi "facebook" səhifəsinə istinadən verdiyi məlumata görə, komandanın zədəli futbolçusu Qara Qarayev növbəti görüşü buraxacaq.

Fuad Bayramov və Laşa Salukvadze isə artıq komandayla məşq edir. Hər iki futbolçu "Neftçi" ilə matça çıxa biləcək.

Serbiyada müayinədən keçən komandanın kapitanı Nizami Hacıyev isə dünən vətənə qayıdıb. Həkimlər H.Nizamini "Neftçi" ilə matça hazırlayır. Komandayla birgə məşq edən Rauf Əliyev isə demək olarki artıq zədəsini tam bərpa etmək üzrədir. O, müəyyən vaxt çərçivəsində əvəzedici komandanın oyunlarında iştirak edəcək. Ə.Raufu aprel ayının ortalarından əsas komandanın matçlarında, yaşıl meydanlarda görmək mümkün olacaq.

Qeyd edək ki, martın 30-da “İnter Arena”da keçiriləcək “İnter” – “Neftçi” matçı saat 18:00-da başlayacaq.

Son xəbərlər