"Barselona"nın müdafiəçisi Jerar Pike maraqlı fikirləri ilə diqqət çəkib.
Qol.az-ın "Marca"ya istinadən verdiyi məlumata görə, ispaniyalı futbolçu "Real"ın müdafiəçisi Serxio Ramosun Çempionlar Liqasının finalında "Atletiko"ya vurduğu qoldan sonra televizoru sındırdığını bildirib:
"Barselona"dakı ilk mövsümümdə İker Kasilyasa vurduğum qolu xatırlayıram. Həmin görüşdə 6:2 hesabı ilə qalib gəlmişdik. Ancaq 2013/2014 mövsümündə "Real"ın Çempionlar Liqasını qazanmasına çox məyus oldum. O matçı Los-Angelesdə izləyirdim. "Real"ın müdafiəçisi Serxio Ramos bərabərlik qolunu vuranda televizoru sındırdım".
Qeyd edək ki, "Real" finalda Madrid "Atletiko"suna 4:1 hesabı ilə qalib gələrək 10-cu dəfə kuboku muzeyinə aparıb.
"Arsenal"dan getdi
Zinçenko klubsuz qaldı
“Neftçi”nin 4 rəqibi
Fransa - İsveç: Heyətlər
Haalanddan zəif göstərici
"Marsel"də baş məşqçi ayrılığı
Braziliya millisində itki
"Onlar akademiyalarda, biz isə çətinliklər içində böyüdük"