Beynəlxalq yoldaşlıq görüşü çərçivəsində evdə Fransaya 2:3 hesabı ilə uduzan Hollandiya yığması ciddi itki ilə üzləşib.
Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, komandanın yarımmüdafiəçisi Uesli Sneyder zədələnib.
İlk hissədə zədələnən Sneyder görüşün 37-ci dəqiqəsində əvəzlənmək məcburiyyətində qalıb. Onun İngiltərə ilə yoldaşlıq matçında oynamayacağı dəqiqləşib.
"Futbolda belə zədələ ola bilər. Hələlik hansı müddətə sıradan çıxdığımı bilmirəm. Ancaq İngiltərə ilə oyunda meydana çıxmayacağım dəqiqdir. Mənim yoxluğumda gənc futbolçular oynamaq fürsəti qazanacaqlar" - deyə Sneyder bildirib.
"Arsenal"dan getdi
Zinçenko klubsuz qaldı
“Neftçi”nin 4 rəqibi
Fransa - İsveç: Heyətlər
Haalanddan zəif göstərici
"Marsel"də baş məşqçi ayrılığı
Braziliya millisində itki
"Onlar akademiyalarda, biz isə çətinliklər içində böyüdük"