İdman Arbitraj Məhkəməsi (CAS) "Bayer"in futbolçusu Hakan Çalhanoğluya FİFA-nın verdiyi cəzanı dondurub.
Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 22 yaşlı oyunçunun 4 ay müddətinə futboldan kənarlaşdırılması ilə bağlı cəza dondurulub. H.Çalhanoğlu ilə bağlı yekun qərarın may ayında veriləcəyi bildirilib.
Qeyd edək ki, 17 yaşında olarkən Almaniyanın "Karlsrue" klubunda çıxış edən türkiyəli futbolçu 2011-ci ildə "Trabzonspor"la müqavilə imzalayıb. Müqavilənin şərtlərinə görə Çalhanoğlu 2012/2013 mövsümündən Trabzon təmsilçisində çıxış etməli idi. Lakin müqavilənin şərtlərinə əməl etməyən H.Çalhanoğlu "Hamburq"a transfer olunub.
Bundan sonra hərəkətə keçən "Trabzonspor" klubu FİFA-ya şikayət edib. Məsələ ilə bağlı araşdırma aparan FİFA Hakan Çalhanoğlunu 4 ay müddətinə futboldan kənarlaşdırmışdı.
Zinçenko klubsuz qaldı
“Neftçi”nin 4 rəqibi
Fransa - İsveç: Heyətlər
Haalanddan zəif göstərici
"Marsel"də baş məşqçi ayrılığı
Braziliya millisində itki
"Onlar akademiyalarda, biz isə çətinliklər içində böyüdük"
Dünya çempionatlarında yalnız 3 milli bunu bacarıb
Portuqaliyalı hücumçu "Milan"da
"Zirə" Türkiyə klubuna məğlub oldu
Kot d'İvuar - Norveç: Heyətlər
İstefa dalğası bu dəfə ona doğru gəlir