Portuqaliyadan Belçikaya jest: oyun olacaq!

Portuqaliyadan Belçikaya jest: oyun olacaq!
XƏBƏR 23 Mart 2016 / 18:26 6626
-  A +

Brüssəldəki terror aktlarına görə ləğv olunan Belçika – Portuqaliya yoxlama oyunu ilə bağlı yeni qərar verilib.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, Belçika Futbol Federasiyası (BFF) matçın ləğv edildiyini və bilet alan azarkeşlərə pullarını geri qaytaracağını bəyan etdikdən sonra Portuqaliya tərəfi oyuna ev sahibliyini öz üzərinə götürməklə bağlı təklif verib. BFF təklifi qəbul edib.

Beləliklə, Belçika və Portuqaliya komandaları arasındakı oyun əvvəlcədən nəzərdə tutulduğu kimi martıb 29-da keçiriləcək. Lakin oyun Belçikada deyil, Portuqaliyanın Leyriya şəhərində olacaq.


Son xəbərlər