Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun müsahibəsi
- Futzal millimiz dünya çempionatının play-off mərhələsinin ilk oyununda inamlı qələbə qazandı. Oyunla bağlı nə deyə bilərsiniz?
- Birinci hissə gərgin keçdi. Yenə müdafiədə səhvlərə yol verdik. Təcürbəmiz hesabına fasiləyə qalib yollandıq. İkinci hissənin gedişində rəqib bir qədər dayandı. Biz də həmin vaxtda ardıcıl 3 qol vurub, Almeranı qalib tərk etdik. Komanda qarşıya qoyulan minimum tapşırığı yerinə yetirdi. Qalır, aprelin 12-də Bakıda keçiriləcək oyuna yaxşı hazırlaşmaq.
- Deyəsən, nəticədən razı, oyundan narazı qaldınız.
- Nəticədən razıyıq, amma indidən sevinmək olmaz. Futbolda 4 top fərqi ilə qazanılan qələbə böyük üstünlük sayılır. Amma futzalda belə deyil. Bakıda cavab oyunu var. Bu gün oyunumuzu ağırlaşdıran səbəblər də oldu. Ən əsası örtüklə bağlıdır. Milli uzun müddətdir terafleks örtükdə oynamırdı. Bu örtükdə top ləng hərəkət edir. Nəticədə oyunçudan əlavə fiziki güc tələb olunur. Futzalçılarımız meydanda 3-4 dəqiqə oynamaq gücündədirlər, amma bu gün 2 dəqiqədən artıq hərəkət edə bilmirdilər. Çünki meydança çox ağır idi. Buna baxmayaraq, vacib olan qələbəni qazandıq və indi cavab oyunu barədə düşünməliyik.
- Oyundan bir gün əvvəl keçirilən məşqdən narazı qaldınız və oyunçuları sərt şəkildə danladınız. Necə düşünürsüz, onlar lazımi nəticə çıxardılarmı?
- İdmançı məşqdə də yüz faiz çalışmalıdır. Çünki orada edilən səhvlər oyunda da təkrarlanır. Həqiqətən də hiss etdim ki, oyunçular əsəbi və gərgindirlər, buna görə də tez-tez səhvlərə yol verirdilər. Sonda müdaxilə etdim. Əsas odur ki, komanda üzvləri eyni tempdə qalsınlar.
- Hər nə qədər ikinci oyunda bu hesabı nəzərə almayacağınızı desəniz də, arxayınçılıq olacaq. Bunun qarşısını necə almağı düşünürsüz?
- Bakıdakı hazırlıq zamanı komanda ilə söhbətimiz olacaq. Hollandiyada qeydə alınan nəticəni unutmalıyıq. Çünki futzalda 4 top böyük fərq deyil. Oyun zamanı 3 dəqiqə ərzində 3 qol vurduq. Ona görə də, nəticəni unutmağa və daha ciddi şəkildə hazırlaşmağa məcburuq.
- Futzal Hollandiyada elit idman növü sayılmasa da, arena tamamilə dolmuşdu. Bakıdakı oyunda necə, anşlaq yaratmaq mümkün olacaqmı?
- Azarkeşlərimizi aprelin 12-də Bakı İdman Sarayıında, saat 20.00-da keçiriləcək cavab oyununa dəvət edirik. Almeredəki oyunda arena tamamilə dolmuşdu. Yeri gəlmişkən, Hollandiyada və Avropanın digər ölkələrində yaşayan həmvətənlərimiz bizi yalqız qoymadılar. Oyun boyu millimizi sona qədər dəstəklədilər. Onlara da təşəkkürümü bildirirəm. Hollandiyada da futzal populyarlaşmağa başlayıb. Ona görə də azarkeşlər arenaya gəlmişdilər. Burdakı anşlaqı biz də Bakıda yaratmağa çalışacağıq.
- Millimiz dünya çempionatına vəsiqə qazansa, heyəti gücləndirməyi düşünürsünüzmü?
- Bu haqda danışmağa tələsməyək. Çünki play-off mərhələsi başa çatmayıb. Hələ cavab oyunu var. Aprelin 12-dəki oyunda da qələbə qazansaq, ondan sonra baş məşqçi ilə builki çıxışımızı analiz edib, müəyyən qərarlar qəbul edəcəyik.
- Yeri gəlmişkən, milli play-off oyunu öncəsi hansısa ölkənin yığması ilə yoxlama oyunu keçirmədi. Gələcək planlaşdırmada bu nəzərə alınacaqmı?
- Əgər dünya çempionatında oynamaq qismət olsa, ən azı, 3-4 yoldaşlıq oyunu keçirəcəyik.
Mənbə: affa.az
"Sabah" ilk hissədə böyük hesabla uduzur - Yenilənir
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Çempionlar Liqasında ilk mərhələyə yekun vurulur
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi