“Roma” qərarını verdi: biri qalır, ikisi gedir

“Roma” qərarını verdi: biri qalır, ikisi gedir
XƏBƏR 23 Mart 2016 / 16:05 6914
-  A +

“Roma” hazırda klubda icarə qaydasında çıxış edən üç futbolçu ilə bağlı qərarını verib.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, “Milan”dan icarəyə götürülən Stefan Al-Şaraavi 8 oyunda 5 qol vurub ümidləri doğrultduğundan klub onu növbəti mövsüm birdəfəlik almaq qərarına gəlib.

PSJ-dən icarəyə götürülən müdafiəçi Lukas Digne və “Fənərbaxça”dan icarəyə götürülən Salih Uçan isə klubun istədiyi oyunu sərgiliyə bilmədiyi üçün mövsümün sonu göndəriləcək.


Son xəbərlər