Hamı Novruz bayramını qeyd etdiyi bir vaxtda AFFA-nın İntizam Komitəsi iş başındadı. Dünən bu qurumun üzvləri bir araya gələrək I divizionun son turunda baş verən biabırçılıqlara hüquqi qiymət veriblər. Məsələ ondadır ki, I divizionun son turunda keçirilən 8 oyundan 3-də kütləvi dava düşüb.
Əslində, vəziyyətin bu həddə çatacağı gözlənilən idi. Çünki I divizionu bəziləri “təcrübə meydanına” çeviriblər. Cari mövsüm I divizionun hər turunda ən azı 1 oyunu izləyirik. Hakimlər elə biabırçı qərarlarla yadda qalırlar ki... Odur ki, etirazların yığılaraq 1 gün partlayacağı gözlənilən idi. Təbii ki, bütün günahı hakimlərin üstünə atmaq fikrindən uzağıq. Komandalar da “mələk” deyillər. Lakin hakimlərin biabırçı qərarları vəziyyəti daha da gərginləşdirir. Adicə bir nümunə. Dünən AFFA-nın rəsmi saytında İntizam Komitəsinin qəbul etdiyi qərarla bağlı yazılıb:
“Şahdağ” - “Ağsu” matçının 83-cü dəqiqəsində hakim "Ağsu" klubunun qapısına 11 metrlik cərimə zərbəsi təyin edib və klubun 4 №-li futbolçusu Ruslan Həsənovu sonuncu ümid foluna görə meydandan kənarlaşdırıb. Hakim cəzalanan futbolçu meydanı tərk etməmiş rəqib komandaya 11 metrlik cərimə zərbəsini vurmağa icazə verib və rəqib qol vurub. Bundan sonra "Ağsu" klubunun inzibatçısı Ənvər Hacıyev tribunadan meydana daxil olaraq hakimə etirazını bildirib, hakim isə öz növbəsində 11 metrlik cərimə zərbəsininin təkrar vurulması qərarını qəbul edib. "Şahdağ" klubunun futbolçusu ikinci cəhddə topu qapıdan keçirə bilməyib və "Ağsu" klubunun 8 №-li futbolçusu Bəhram Bəhramzadə emosional şəkildə əllərini havaya qaldıraraq sevinib (hərəkətdə heç bir qeyri-etik jest olmayıb). "Şahdağ" klubunun 6 №-li futbolçusu Şıxqayıb Şıxqayıbov "Ağsu" klubunun 8 №-li futbolçusuna hücum çəkib, bu hərəkəti ilə azarkeşlərin meydana daxil olmasına və oyunda fasilə yaranmasına səbəb olub. Matç sona kimi oynanılıb. İntizam Komitəsi oyunun videoyazısını izləmiş və aşağıdakı qərarları qəbul etmişdir:
- "Şahdağ" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat məbləğində cərimə olunur (maddə 40).
- Oyunun 83-cü dəqiqəsində "Ağsu" klubunun 4 №-li futbolçusu Ruslan Həsənov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur ( maddə 48).
- Oyunun 87-ci dəqiqəsində "Ağsu" klubunun 8 №-li futbolçusu Bəhram Bəhramzadəyə qeyri-etik jestə görə göstərilən qırmızı vərəqə ləğv edilir.
- "Şahdağ" klubunun 6 №-li futbolçusu Şıxqayıb Şıxqayıbov rəqibə qarşı sərt davranışa və baş vermiş hadisənin əsas səbəbkarı olmasına görə, 12 aylıq yarışlardan kənarlaşdırılır, klub 1500 manat cərimə olunur (maddə 80).
- "Ağsu" klubunun inzibatçısı Ənvər Hacıyev (oyunun hakimi səhvən protokolda texniki zonada əyləşən digər inzibatçı Aqil Sarıyevin adını yazmışdır) baş vermiş hadisənin əsas səbəbkarlarından biri olmasına görə, 12 aylıq yarışlardan kənarlaşdırılır, klub 1500 manat cərimə olunur ( maddə 80)...”
Göründüyü kimi, “Şahdağ” - “Ağsu” matçının baş hakimi Xəlil Xəlilov qısa bır zamanda 3 kobud səhvlə yadda qalıb. Əvvəlcə qırmızı vərəqə göstərdiyi futbolçunun meydanı tərk etməsini gözləmədən penaltinin yerinə yetirilməsinə icazə verib, daha sonra səhvən 1 futbolçunu meydandan qovub. Üstəlik, inzibatçıların adlarını səhv salıb. Bu, qısa müddətdə olan səhvlərdi. Bir neçə dəqiqə ərzində 3 kobud səhvə yol verən referinin 90 dəqiqə ərzində buraxdığı səhvlər saymaqla bitər?
“Neftçala” - “Turan Tovuz” oyununda düşən davaya görə meydan sahiblərinin üzvü Aqşin Həşimov, “Mil-Muğan” - “Şəmkir” matçındakı qalmaqala görə isə birincilərin futbolçusu Elxan Məmmədov 12 aylıq futboldan uzaqlaşdırılıblar.
Hər 3 qalmaqallı görüşlə bağlı “Oyun zamanı təhlükəsizlik tam təmin olunmadığına görə” meydan sahibi klublar 500 manat cərimə olunublar. Üstəlik, PFL-in baş vermiş hadisə ilə bağlı oyunda təhlükəsizliyə birbaşa cavabdeh olan dövlət qurumuna təhlükəsizlik tədbirlərinin daha yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı müraciət etməsi qərara alınıb.
Olmazdı ki, meydan sahibləri komandaların oyun zamanı təhlükəsizliyi tam təmin etmədiklərini daha əvvəl üzə çıxarardız? Axı, I divizionda vəziyyətin ürəkaçan olmadığı çoxdan məlum idi. Məgər PFL oyunda təhlükəsizliyə birbaşa cavabdeh olan dövlət qurumuna təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı daha əvvəl müraciət edə bilməzdi? Gərək bu cür biabırçılıq yaşanandan sonra əl-ayağa düşərdiz?
Bütün bunlar ondan irəli gəlir ki, digər ölkələrdən fərqli olaraq bizdə I divizion görüntü xatirinə mövcuddu. Aşağı liqada yarışan komandaların əksərini AFFA maliyyələşdirir və bu səbəbdən də çempionat qeyri-rəsmi olaraq “SOCAR Liqası” adlanır. 16 komandalı çempionatda kimin neçənci yeri tutması elə də önəm daşımır. Onsuz da Premyer Liqaya 1 və ya 2-ci yeri yox, 4 və ya 9-cu yeri tutanlar yüksəlir. Belə olan halda, hakimlərin məhz I divizionda “dəlləklik öyrənmələri” təəccüblü deyil...
Mənbə: futbolxeber.az
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər
Səhv qərar versə də, klubdan üzr istəməyəcək
Elçin Məsiyev dünya çempionatına təyinat aldı
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
"Sabah"ın U-19 komandası "Barselona"ya 7 qolla uduzdu
“Barselona” və “Real” barışıq əldə edə bilmədi
Yunis Hüseynovun cəzası bilindi
Burnu qırılan "Qalatasaray" futbolçusu əməliyyat edildi
“Qarabağ”ın xanım azarkeşləri üçün pulsuz biletlər
Musialanın səhhəti ilə bağlı mühüm detal üzə çıxdı
Zaur Həşimovla bağlı qərar verildi - "Şəfa"da iclas
İsrail "Qalatasaray" azarkeşlərindən UEFA-ya şikayət etdi
“Tottenhem”də yeni müqavilə
"Real" PSV-ni belə darmadağın etdi - Video
İtaliya millisinin təklifini rədd etdiyini açıqladı
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Çempionlar Liqasında iki tarixi rekord
Amerika kuboku bu ölkədə keçiriləcək
Deniz Gülün qələbə qolu və burnuna dəyən təpik - Video
Okan Buruk “Aston Villa” qələbəsini dəyərləndirdi
"Qalatasaray" və "Real"dan qələbə - ÇL-də nəticələr
Ronaldodan 987-ci qol
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Məşhur futbolçu karyerasını bitirmək fikrindən daşındı
2-ci liqada həftənin hakimləri
"Sabah"ın "Barselona" hazırlığından - Şəkillər
"Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı
Andrey Arşavin Bakıya gəlib
“Barselona” Bakı Olimpiya Stadionunda - Video
"Sabah" La Liqa komandalarını xatırladır" - Flik
“Yamalın yoxluğu hiss olunacaq, amma...”