Topaz Premyer Liqasının XXVI turunun “Neftçi” ilə qarşılaşması “Kəpəz” üçün ikiqat əlamətdar olub.
Qol.az-ın PFL-in saytına istinadən yaydığı məlumata görə, birincisi, qərblilər paytaxt klubu ilə oyunlarda qələbəsiz oyunlar seriyasına son qoyub. Gəncə təmsilçisi “ağ-qaralar”ı ölkə çempionatında sonuncu dəfə 2005-ci il sentyabrın 18-də məğlub etmişdi. 3835 günlük həsrətə son qoyan “Kəpəz” həmin qələbəsini də səfərdə, Şahin Diniyevin baş məşqçiliyi altında qazanmışdı. Həmin 2:1 hesablı qələbədən sonra keçirilən 9 oyunda gəncəlilər 3 heç-heçə edib, 6 məğlubiyyət almışdı.
“Neftçi” üzərində qələbə həm də yubileylə əlamətdar olub. “Kəpəz” ölkə çempionatları tarixində 250-ci qələbəsinə sevinib. 1992-ci ildən fasilələrlə Premyer Liqada çıxış edən qərblilər 250-yə 508-ci matçında çatıb. “Kəpəz” 163 dəfə evdə, 83 dəfə səfərdə, 4 dəfə neytral meydanlarda 3 xal əldə edib. Yubilyar klub qələbə sayında “Turan”a çatıb. Hər iki Qərb klubu bu göstəricidə yalnız “Neftçi” və “Qarabağ”dan geri qalır.
“Neftçi”də ikiqat yubiley
“Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev “ağ-qaralar”ın heyətində 150-ci oyununu keçirib. Topaz Premyer Liqasının XXVI turunun “Kəpəz”lə matçında sonradan meydana daxil olan futbolçu bu qarşılaşmayadək paytaxt klubunda 149 oyunda 17 qol vurmuşdu. Gəncə təmsilçisi ilə görüşdə yubiley qeyd edən İmamverdiyev Premyer Liqada 115 (11 qol), kubokda 19 (3 qol), avrokuboklarda 16 (3 qol) dəfə ağ-qara forma geyinib.
Onun komanda yoldaşı Ruslan Qurbanovun “Kəpəz”in qapısından keçirdiyi qol da əlamətdar olub. Milliləşən rusiyalı komandasının heyətində 20-ci dəfə fərqlənib. O, buna 68-ci matçında nail olub. Qurbanov Premyer Liqada 54 oyunda 14, kubokda 9 matçda 6 qol vurub. Hücumçu avrokubokdakı 5 qarşılaşmada isə qol sevinci yaşamayıb.
“Bayıl Arena”da təkrarlanan antirekord
Topaz Premyer Liqasının XVI turunun ilk günü avtoqolla əlamətdar olub. “Bayıl Arena”da keçirilən “Rəvan” – “Sumqayıt” oyununda meydan sahiblərinin müdafiəçisi Saşa Yunisoğıu topu öz qapısından keçirib. Bu, mövsümün avtoqolu olmaqla yanaşı, həm də təcrübəli arxa xətt oyunçusu üçün antirekordçular sırasında düşməsi ilə nəticələnib. Belə ki, Saşa ölkə çempionatlarında 3-cü dəfə avtoqola üzülüb. O, 1999/2000 mövsümündə “Xəzər Universiteti”nin üzvü kimi “Şəfa” ilə, 2009/10 mövsümündə isə “Bakı”nın müdafiəçisi kimi “İnter”lə görüşdə öz qapısına qol vurmuşdu. 3-cü dəfə eyni uğursuzluğu yaşayan Yunisoğlu Azərbaycan çempionatlarında ən çox avtoqol edən 3 oyunçudan biri olub. Onadək Ayxan Abbasov və Natiq Qasımov da hərəyə 3 dəfə eyni uğursuzluğu yaşamışdı. 16 futbolçu isə 2 dəfə belə halla üzləşib.
Xatırladaq ki, cari mövsümdə Saşayadək 2 dəfə Cəmil Hacıyev (“Sumqayıt”), hərəyə 1 dəfə isə Yamin Ağakərimzadə (“Rəvan”) və Zaman Mirzəzadə (“Xəzər Lənkəran”) öz qapısına qol vurmuşdu.
Hakim qərarı Kabo-Verde azarkeşlərini özündən çıxardı
Erve Renar istefa verdi
"Qarabağ"dan 1-ci liqa klubuna keçdi
"Turan Tovuz" yeni qapıçı transfer etdi
Mərakeşin futbolçusu sıradan çıxdı
Argentina Almaniyanın DÇ rekordunu təkrarladı
"Beşiktaş" futbolçusu ilə yollarını ayırdı
"Son oyunlardakı performansımız kifayət etməyəcək"
Kanada - Mərakeş: Heyətlər
"Barselona"dan Əl-Hilal"a keçə bilər
Premyer Liqa klublarının hədəfinə düşdü
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
Fransa millisində itki - Paraqvayla matçı buraxacaq
Karyerasını bitirməyi düşünürdü, amma...
Kapitan "Liverpul"da qalır
"Sabahın Ulduzları" ilə bağlı tədbir keçirilib
"Almaniya millisində işləməyə hazıram” - Klopp
"İmişli"də daha bir ayrılıq
Məhəmməd Salahın qələbə şousu - Video
"Hər kəsə çay içməyi məsləhət görürəm"
"Kəpəz" "Qəbələ" ilə qarşılaşacaq
40 yaşlı Modriç "Milan"da qalır
Skaloni Argentina millisi ilə 100-ə çatdı
"Xankəndi" baş məşqçisi ilə bağlı qərar verdi
Messi 40 yaşlı Vozinyaya heyran qaldı
Kolumbiya - Qana oyununun ən yaxşısı seçildi
Bu oyuna biletlərin qiyməti 57 dəfə artıb!
Amansız mübarizə və Argentinanın 1/8 final sevinci - Video
Bombardirlər siyahısı - Messi yenidən zirvədə
İngiltərə millisinə yuxu dərmanı veriləcək
UEFA çexləri cəzalandırdı, “Qarabağ”ın yolu asanlaşdı
DÇ-2026: 1/8 finalın bütün cütlükləri
Argentina və Kolumbiya da 1/8 finala adladı - Yenilənib
Avtoqol, penaltilər seriyası, Misirin qələbəsi - Video
Oyunun ən yaxşısı Messi oldu
Dünya çempionatında avtoqol rekordu
Salah oyunun ən yaxşısı seçildi
"Şamaxı" üçün daha bir rəqib
Misir 1/8 finalda - DÇ-2026
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi