Qadın basketbolçular arasında Türkiyədə keçirilməsi nəzərdə tutulan Avropa Liqası “dördlər finalı” keçirilməyə bilər.
Qol.az-ın “Hürriyyət”ə istinadən yaydığı xəbərə görə, yarışda iştirak hüququ qazanan Rusiyanın iki təmsilçisi – “Yekaterinburq” və “Nadejda” klubu son vaxtlar qardaş ölkədə baş verən terror aktlarını bəhanə edərək Türkiyə getməkdən imtina edib.
Adları çəkilən klublar indi deyil, hələ lap əvvəldən yarışın Türkiyədə keçirilməsinə qarşı çıxıblar. Amma FİBA onların bu istəyini rədd edib.
Qeyd edək ki, “Fənərbaxça”nın təşkilatçısı olacağı yarışın İstanbulda keçirilməsi ilə bağlı rəsmi açıqlamanın dünən yayılacağı gözlənilirdi. Amma ruslar fikirlərindən danışdırıla bilmədiyi üçün bu açıqlama verilməyib.
Əlavə edək ki, yarışın aprelin 15-17-də İstanbulda keçirilməsi planlaşdırılıb.
“İmişli”yə qayıtdı
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi