Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatına daha 3 vəsiqənin sahibi müəyyənləşib. Belçika ilə İtaliyadan sonra bu hüquqa Portuqaliya, İsveç, Bosniya və Herseqovina milliləri də sahib çıxıb.
Portuqaliya və İsveç elit-raundda 5-ci qrupu ilk 2 pillədə başa vurub. Portuqaliya bütün görüşlərini qələbə ilə başa vuraraq, 9 xalla qrup lideri, İsveç isə 6 xalla qrup ikincisi olub. Bundan başqa Bosniya və Herseqovina 3-cü qrupda 6 xalla 2-ci yeri tutub. Bu qrupda eyni xalla İtaliya qalib olub. Bosniya və Herseqovina yığması tarixində ilk dəfə 17 yaşadək futbolçular arasında Avropa çempionatında iştirak hüququna yiyələnib. İlk vəsiqənin sahibi Belçika isə 5 xalla 8-ci qrupun qalibi olub.
Beləliklə, təşkilatçı Azərbaycan millisi də olmaqla, Bakıdakı qitə birinciliyinin 16 iştirakçısından 6-sı müəyyənləşib. Qalan 10 vəsiqənin sahibi yaxın 2 həftə ərzində daha 5 qrupda təşkil olunacaq elit-raund qarşılaşmalarının ardından müəyyənləşəcək.
Qeyd edək ki, Avropa çempionatı 5 - 21 mayda Bakının 4 stadionunda təşkil olunacaq. (Sportnet.az)
“İmişli”yə qayıtdı
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi