İbrahimoviç Türkiyəyə getmir

İbrahimoviç Türkiyəyə getmir
XƏBƏR 22 Mart 2016 / 00:20 7583
-  A +

Türkiyəyə ilə yoldaşlıq görüşü keçirəcək İsveç millisi bu ölkəyə kapitan Zlatan İbrahimoviçsiz yollanacaq.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bunu İsveç millisinin baş məşqçisi Erik Harmen deyib.

O, açıqlamasında 33 yaşlı hücumçunu sıx qrafikli oyunlardan sonra yormaq istəmədiklərini bildirib.

PSJ-nin forvardının son günlər Türkiyədə baş verən terror hadislərinə görə bu oyundan imtina etməsi haqda xəbərlər yayılmışdı. E.Harmen isə bunu təkzib edib.

Qeyd edək ki, Türkiyə-İsveç oyunu martın 24-də keçiriləcək.

Son xəbərlər