"Bakı 2015"in qalibindən dopinq çıxdı

"Bakı 2015"in qalibindən dopinq çıxdı
XƏBƏR 21 Mart 2016 / 16:44 5123
-  A +

Rusiyanın iki yunan-Roma güləşçisinin orqanizmindən istifadəsi qadağan olunmuş meldonium aşkarlanıb.

Qol.az-ın “Tass” agentliyinə istinadən yaydığı xəbərə görə, Yevgeni Saleyevlə Sergey Semyonovun dopinq-testi müsbət nəticə verib.

Bu il yanvarın 1-dən meldonium pereparatından istifadə qadağan olunub.

Qeyd edək ki, 80 kq çəki dərəcəsində güləşən Saleyev 2014-cü il dünya çempionatının gümüş mükafatçısı, "Bakı 2015" I Avropa Oyunlarının qalibi olub.  O, finalda təmsilçimiz Rafiq Hüseynovu məğlub edib. 130 kq-da güləşən Semyonov Avropa Oyunlarının iştirakçısı olub

Son xəbərlər