"Cənubu Afrika Respublikasından təklifim vardı və müsbət cavabımı vermişdim. Bununla belə, iki gün sonra Almaniya Futbol Federasiyasından məni Azərbaycana göndərmək istədiklərini dedilər. Düzü, hətta oranın harada yerləşdiyini bildirdim. Bu, mənim üçün yeni bir sınaq idi”.
Bunu Azərbaycanın aşağı yaş qrupları üzrə yığma komandalarının sabiq baş məşqçisi Nikolay Adam "goal.com"a müsahibəsində deyib.
Hazırda Hindistanın U-17 yığmasına rəhbərlik edən gənc mütəxəssis ölkəmizdə işlədiyi dövrü xatırlayıb. Almaniyalı mütəxəssisin sözlərinə görə, Almaniya Futbol İttifaqı ilə əlaqə saxladığı zamanı seçim imkanı onun öhdəsinə buraxılıb: "Belə olan halda, Azərbaycanı seçdim. Çünki bu, karyeramda yeni bir mərhələ olacaqdı. 2010-cu ilin yayında Azərbaycana yollandım və orada yaxşı vaxtlarım oldu. A lisenziyalı kurslar da keçirdim. AFFA-nın baş katibi mənə U-15 və U-16 milli komandalarının baş məşqçisi kimi işləməyi təklif etdi. Mən də "hə” cavabını verdim. Azərbaycan xalqı çox qonaqpərvərdir. Onlar mənə yaxşı qayğı göstərdilər. Fikrimcə, Azərbaycanda yaxşı iz buraxdım. İndi onlarda məşqçilik kursu üzrə yaxşı mütəxəssis var. Hazirda Pro və A, B, C lisenziyaları üzrə yaxşı azərbaycanlı təlimatçılara malikdirlər. Əvvəllər isə belə bir mütəxəssisləri yox idi”.
Adamın sözlərinə görə, U-12-dən başlayaraq U-18-dən müxtəlif yaş qrupları üzrə seleksiya prosesi nəticəsində bir sıra futbolçuları üzə çıxarıblar: "Mənim bir məşqçi kimi Azərbaycanda ən böyük uğurum U-19 yığmasını elt-raunda çıxarmağım oldu. Bu komandada 1996-cı il təvəllüdlü futbolçular çıxış etməli idi. Amma biz 1997-cı il təvəllüdlülərlə oynamağa üstünlük verdik. Çünki məhz bu yaş qrupunda yaxşı futbolçular var idi. İndi onlardan biri Azərbaycanın əsas yığmasındadır. Bu, Elnur Cəfərovdur. Əsas yığmada ötən il oktyabrında Robert Prosineçkinin rəhbərliyi altında debüt etdi. Mən həmin dövrlə çox fəxr edirəm”.
Almaniyalı mütəxəssis Azərbaycanda eyni vaxtda təlimatçı və məşqçi kimi çalışmasının səmərəli olduğunu da vurğulayıb: "Təlimatçı olduqda daha çox nəzəriyyəyə yer verirsən. Məşqçi kimi isə sən gündəlik fəaliyyətə bağlanırsan. Azərbaycandakı işimin yaxşı tərəfi o oldu ki, hər iki işi bir arada gördüm. Bu isə ideal məzmunlu oldu".
Qeyd edək ki, Nikolay Adam 2015-ci ilin aprelindən Hindistanda çalışmağa başlayıb (sportnet.az).
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video