Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilov İspaniya sequnda divizionunda növbəti oyununu keçirib.
Qol.az-ın məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi "Kordoba"nın heyətində 30-cu turun "Numansiya" ilə səfər matçının start heyətində meydana çıxıb.
İsrafilov 83-cü dəqiqədə yerini Fransisko Xiskoya verib. Görüş isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, hazırda "Kordoba" 47 xalla 4-cü pillədə qərarlaşıb. "Numansiya" isə 39 xalla 15-cidir. Eddi İsrafilov klubunun vacib oyunları ilə əlaqədar Azərbaycan yığmasının bu gündən Türkiyənin Antalya bölgəsində başlanan təlim-məşq toplanışında və martın 26-da Qazaxıstanla yoldaşlıq görüşündə iştirak etməyəcək.
“İmişli”yə qayıtdı
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi