Türkiyə superliqasının bu günə nəzərdə tutulan 26-cı turunun “Qalatasaray” – “Fənərbaxça” oyunu təxirə salınıb.
Qol.az-ın Türkiyə Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, İstanbul valiliyinin müraciəti və hər iki klubun razılığı əsasında müvafiq qərar çıxarılıb. Oyunun nə vaxt keçiriləcəyi barədə yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.
Türkiyə mətbuatı isə yazır ki, matç mümkün terror təhlükəsi səbəbindən başqa vaxta keçirilib.
Qeyd edək ki, görüşün başlamasına bir neçə saat qalmış hüquq-mühafizə orqanları oyunun azarkeşlərin iştirakı olmadan keçirilməsi haqda qərar verib. Bu səbəbdən Bakı vaxtı ilə saat 18.30-dan etibarən stadiona girən azarkeşlər çölə çıxarılmağa başlayıb.
Polisin bu qərarı azarkeşlərin və “Qalatasaray”ın etirazına səbəb olub. Bundan sonra klub oyunun təxirə salınması ilə əlaqədar müraciət edib.
Qeyd edək ki, bir neçə gün əvvəl Ankara, dünən isə İstanbulda terror aktı həyata keçirilib. Nəticədə ümumilikdə 30-dan çox insan həlak olub.
Zinçenko klubsuz qaldı
“Neftçi”nin 4 rəqibi
Fransa - İsveç: Heyətlər
Haalanddan zəif göstərici
"Marsel"də baş məşqçi ayrılığı
Braziliya millisində itki
"Onlar akademiyalarda, biz isə çətinliklər içində böyüdük"
Dünya çempionatlarında yalnız 3 milli bunu bacarıb
Portuqaliyalı hücumçu "Milan"da
"Zirə" Türkiyə klubuna məğlub oldu
Kot d'İvuar - Norveç: Heyətlər
İstefa dalğası bu dəfə ona doğru gəlir
İspaniya millisinin müdafiəçisi “Atletiko”ya keçdi
Mundialın oyun günləri ABŞ-da dəhşətli isti gözlənilir
Oğlunu bağrına basıb hönkür-hönkür ağladı - Video
1-ci və 2-ci liqada mövsümün başlama tarixi açıqlandı
"Sabah"dan ayrıldı, Rusiya klubuna keçir
"Neftçi" Sloveniya toplanışına start verdi
Kasilyasdan futbol qaydaları ilə bağlı maraqlı təklif