"Maraqlı oyun keçdi. Bol qollu matç keçdi. Hər iki qapıya təzyiqlər vardı. Çünki komandaların hər ikisi hücumameylli idi. Bu 3 xal bizim üçün qızıl xal kimi idi. Avropanın qapısını döymək istəyiriksə, ən azından məğlub olmamalıydıq".
Qol.az-ın Sportnet.az-a istinadən yaydığı xəbərə görə, bunu "Kəpəz"in baş məşqçisi Şahin Diniyev deyib.
O, Topaz Premyer Liqanın XXVI turunda "Neftçi"yə 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra bunları bildirib:
"Geniş heyət olmasa da, meydanda uduzduq. İlk hissənin fasiləsində dedim ki, 2:0 qələbə deyil. "Neftçi"yə qarşı 90-dan əlavə 4-5 dəqiqədə də oynamaq lazımdır. Bu qələbə bütün gəncəlilərə bayram hədiyyəsidir. Mənə elə gəlir ki, bu gün Gəncədə hər kəsin qapısına papaq atdıq və payımızı aldıq. "Neftçi"yə uğurlar arzu edirəm və inanıram ki, gələcəkdə xal qazanıb qara zolaqdan çıxacaq. Demirəm ki, səhvsiz oynadıq. Amma qələbə qazana bildik".
Baş məşqçi hakimlik barədə danışmaq istəməyib: "Fikrimcə normal idarəçilik oldu. Bu gün hakimin səhvi yox, "Kəpəz"in qələbəsi idi".
"Komandada oynayan futbolçuların hamısı qələbəni hiss etmir. Yəni özünə inam yoxdur. Bugünkü oyunda da məğlub ola bilərdik. Oyunun sonlarına yaxın qol buraxmağımız psixoloji amillə bağlıdır. Avropada çıxış etmək üçün güclənməyə ehtiyacımız var. Hər mövqedə daha səviyyəli futbolçu olmalıdır. İki cinah müdafiəçimiz var. bu gün geniş heyətimiz yoxdur. 3 xallıq sistemdə nəsə demək çətindir. Çünki 2-3 oyundan sonra dəyişiklik ola bilər. O demək deyil ki, biz Avropa Liqasına çıxırıq. Hələ qarşıda 30 xallıq oyun var. Bu da hər şeyi həll edə bilər. Mənim ən böyük arzum avrokuboklarda oynamaqdır. Məşqçi kimi belə turnirdə oynamamışam. Hamıdan çox bunu mən istəyirəm. Penaltilərə baxmıram. Orada bir polis əməkdaşı vardı. Üzündən nur yağırdı. Dedi ki, mənə bax, yaxşı olacaq. Düzdür ikinci penaltidə məni aldatdı.. (gülür). Dario hələ tam hazır deyil. İnanıram ki, biz arzuladığımız yerdə olan o, bizimlə olacaq. "Kəpəz" Namiqi Azərbaycan futboluna yenidən qaytardı və milliyə futbolçu verdi. Bu da bizim 6 aylıq əziyyətimizin boşa getməməyi deməkdir. Hələ təzə adlar çox eşidəcəksiniz".
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video