Ümumdünya Boks Seriyasında (WSB) mübarizə aparan “Baku Fires” klubu sabah növbəti görüşünə çıxacaq.
Qol.az-ın məlumatına görə, komandamızın Daşkənddə “Uzbek Tigers” in qonağı olacaq.
Özbəkistan komandası 10 xalla D qrupunun lideridir. “Baku Fires” ötən tur Bakıda “Astana Arlans”a uduzduqdan sonra qrupda 3-cü yeri tutur.
Komandaların heyəti belədir:
49 kq: Nodirjon Mirzaaxmedov - Rəsul Saliyev
56 kq: Abdulxay Şaraxmetov - Yaraş Məhəmmədov
64 kq: Fazliddin Meliboyev – Zaur Abdullayev
75 kq: Uluqbek Haqberdiyev – Levani Luxutaşvili
91 kq: Serdorbek Beqaliyev – Hacı Murtuzəliyev
Bu dəfə komandamızın baş məşqçisi Nuripaşa Talibov Özbəkistana demək olar ki, ikinci heyəti aparıb. 56 kq çəki dərəcəsində 1-ci nömrə Məhəmməd Qurbanov müalicə olunduğundan Daşkənddə Məhəmmədov rinqə çıxacaq. 64 kq çəki dərəcəsində isə Heybətulla Hacəliyev zədəli olduğu üçün onu gənc Zaur Abdullayev əvəzləyib. Gürcüstan boksçusu Levani Luxutaşvili komandamızın heyətində debüt edəcək.
“Uzbek Tigers”in heyətində isə yetərincə güclü boksçular çıxış edəcək. Yaraş Məhəmmədovun rəqibi Şaraxmetov ötən il Mahaçqalada keçirilən Umaxanov turnirinin qalibi olub. 91 kq çəki dərəcəsində mübarizə aparan Beqaliyev də “Uzbek Tigers”in ən təcrübəli boksçularındandır. O, hələ 2010-cu ildə Sinqapurda keçirilən yeniyetmələrin ilk Olimpiya oyunlarında bürünc medala layiq görülüb.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi