FİFA "DÇ-2018"in oyunlarının başlama saatını açıqlayıb.
Qol.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, Rusiyada təşkil olunacaq mundialın açılış oyunu iyunun 14-də keçiriləcək.
Moskvada "Lujniki" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Meydan sahibi Rusiyanın açılış matçındakı rəqibinə qrup mərhələsinin püşkündən sonra aydınlıq gələcək.
Qrup mərhələsinin iki turunun oyunları Bakı vaxtı ilə saat 14:00, 17:00, 20:00 və 23:00-da başlayacaq. Lakin bəzən eyni gündə 3 oyun keçiriləcək ki, həmin görüşlərin də startı Bakı vaxtı ilə saat 16:00, 19:00 və 22:00-da veriləcək.
Qrup mərhələsinin III turunun bütün görüşləri eyni saat - 18:00 və 22:00-da (Bakı vaxtı ilə göstərilib) başlayacaq. 1/4 final mərhələsinin də oyunları həmin saatda keçiriləcək. Yarımfinal mərhələsinin oyunları Bakı vaxtı ilə saat 22:00-da, final görüşü isə 19:00-da start götürəcək.
Qeyd edək ki, üçüncü yer uğrunda matçın başlama saatı Bakı vaxtı ilə 18:00-a nəzərdə tutulub.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi