“Cari mövsümdə “Qarabağ”la iki dəfə qarşılaşmışıq. Bu üzdən bir-birimizi yaxşı tanıyırıq. Son matçda komandamın qoluna mən imza atmışdım. Yenə onların qapısına qol vuracağıma inanıram. Əlbəttə ki, bizi çox çətin oyun gözləyir. Çünki “Qarabağ” ölkənin ən yaxşı komandalarından biridir. Onlar bunu mövsümün arxada qalan hissəsində də göstəriblər. Biz əksər oyunlarda imkanlarımızdan istifadə edə bilməmişiksə, “Qarabağ” bütün şanslardan yararlanıb və bu üzdən Premyer Liqanın lideridir".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin futbolçusu Ermin Zets Topaz Premyer Liqanın 26-cı turunda "Qarabağ"la oyun öncəsi klubun saytına deyib.
O, meydana qələbə üçün çıxacaqlarını bildirib:
" Əminəm ki, bunu bacara bilərik. Bu, bizim üçün çox vacib oyundur. Doğma meydanımızda oynamağımız da bizə əlavə üstünlük verir. Qalib gəlib, azarkeşlərimizi də sevindirməliyik”.
Zets XXV turun “Zirə” ilə ev oyunundakı 1:2 hesablı məğlubiyyət və bu üzdən də qalib gəlməli olduqlarını da qeyd edib: “Zirə”yə məğlubiyyətdən sonra 3 xal qazanıb, öz yolumuza uğurla davam etdirmək istəyirik. Həmin matça gəlincə, belə olmamalı idi. Belə yenilgini qəbul etmək də çox çətindir. Bütün oyunu daha yaxşı oynasaq da, sonda məğlub olduq. Bu halla ilk dəfə rastlaşmırıq. Dəfələrlə daha yaxşı çıxış etdiyimiz matçlarda xallar itirmişik. Belə məğlubiyyət azarkeşlərimiz, özümüz, hamı üçün çox gözlənilməz oldu. Həmin uğursuz oyundan sonra bütün futbolçular meydanda var qüvvəsini qoyacaq ki, qələbə qazanaq. Nəyə qadir olduğumuzu göstərmək üçün qalib gəlməliyik”.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video