"Qalatasaray"ın əfsanəvi müdafiəçisi Ergün Penbe sabiq komandasının yaşadığı baş məşqçi problemi haqda danışıb.
Qol.az-ın məlumatına görə, Pənbə "TRT Spor"a açıqlamasında "Cim Bom"un Yan Olde Rikerinkdən öncə üç mütəxəssislə görüşdüyünü, ancaq tərəflər arasında razılıq əldə olunmadığını bildirib:
"İlk öncə Bülənt Ündərə baş məşqçi vəzifəsi təklif edildi. Ancaq o təklifi qəbul etmədi. Daha sonra Bülənt Qorxmaza 1,5 illik müqavilə təklif olunsa da, sonradan bu müddət 9 həftəyə endirildi. Bülənt Qorxmaz da rəhbərliyə güvənmədiyini və verilən sözün yerinə yetirilmədiyini əsas gətirərək 9 həftəlik təklifi rədd etdi.
Son olaraq komandanın sabiq futbolçusu Həsən Şaşla danışıqlar aparıldı. Ona baş məşqçi təyin edilən Rikerinkin köməkçisi olmaq təklif edildi. Lakin Həsan Şaş "mən gəlsəm, öz heyətimlə gələrəm" deyərək "Qalatasaray"ın təklifini rədd edib".
Qeyd edək ki, daha öncə "Qalatasaray"da aşağı yaş qrupları üzrə mütəxəssis kimi çalışan Yan Olde Rikerink dünən komandanın baş məşqçi vəzifəsinə gətirilib.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi