Həbsdə olan futbolçu: “Rasimin qohumlarına qarşı bu hərəkətə pis baxıram”
Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi ittihamına görə həbs edilən "Qəbələ" klubunun sabiq kapitanı Cavid Hüseynov “Azadinform” agentliyinin sualına anası Xalidə Hüseynova vasitəsilə cavab verib.
C.Hüseynov bildirib ki, məhkəmədə işə ədalətlə baxılacağı təqdirdə azadlığa çıxacağına inanır: “Bütün sübutlar var. Sübutlara baxmayaraq mən hələ də həbsdəyəm. Rəhmətlik Rasimlə danışmışdım, qohumlarımın araya girib məsələni ölüm həddinə qədər gətirmələri məni pis vəziyyətdə qoydu”.
Təqsirləndirilən Elşən İsmayılovun “o söyüb, mən də vurmuşam” sözlərinə münasibət bildirən C.Hüseynov qohumunun bu hərəkətini qeyri-etik adlandırıb: “Rasimin qohumlarına qarşı bu hərəkətə pis baxıram. Bibim oğlu əvvəldən də mənə bu barədə məlumat verəndə ona qarışmamasını məsləhət görmüşdüm. Demişdim ki, jurnalistdir, onun işi yazmaqdır. Buna baxmayaraq, Elşən məni eşitmədi. Sonra Rasimlə danışdım və bibim oğluna da yazdım ki, Rasimlə danışdım, xəbəri təkzib edəcək və məsələ bununla da bitəcək. Amma bütün cəhdlərimə baxmayaraq, bu hadisə baş verdi”.
Qeyd edək ki, Rasim Əliyev facebook-da futbolçu Cavid Hüseynov barədə şərh yazandan sonra, 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Avqustun 9-da səhərə yaxın xəstəxanada vəfat edib. Bununla əlaqədar altı nəfər həbs olunub. Beş nəfər CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddəsi ilə ittiham olunur. C.Hüseynov isə yalnız CM-nin 307.1 (ağır cinayətin hazırlanması və ya törədilməsini bilib xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir. C.Hüseynovun işi üzrə icraat ayrılıb və hazırda onun da məhkəməsi davam edir. C.Hüseynovun cinayət işi üzrə növbəti məhkəmə proses martın 30-da keçiriləcək.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video