Mario Qomez "Beşiktaş"ın tarixinə düştü

Mario Qomez "Beşiktaş"ın tarixinə düştü
XƏBƏR 16 Mart 2016 / 00:28 8336
-  A +

“Beşiktaş”ın futbolçusu Mario Qomez İstanbul klubunda yeni rekorda imza atıb.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, almaniyalı hücumçu bir mövsümdə superliqada ən çox qol vuran futbolçu olub.

30 yaşlı forvard superliqanın 19-cu turundan təxirə salınmış “Trabzonspor”la oyunda (2:0) fərqlənməklə bu mövsüm vurduğu qolların sayını 19-a çatıdırb. İndiyədək  bunu heç bir legioner bacarmayıb.

Qeyd edək ki, superliqada mövsümün başa çatmasına 9 tur qalıb.

Son xəbərlər