Robben "Yuventus"a qarşı oynamaya bilər

Robben "Yuventus"a qarşı oynamaya bilər
XƏBƏR 15 Mart 2016 / 19:52 3084
-  A +

"Bavariya"nın futbolçusu Aryen Robben komandasının bugünkü məşqini buraxıb.

Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, hollandiyalı oyunçu xəstələndiyi üçün məşqdə iştirak etməyib. Onun Çempionlar Liqasının 1/8 finalında "Yuventus"la cavab qarşılaşmasında meydanda olmaya biləcəyi vurğulanıb.

Qeyd edək ki, "Bavariya" - "Yuventus" oyunu sabah keçiriləcək.


Son xəbərlər