Namiq Ələsgərov: "Kəpəz"ə keçməyim düşərli oldu"

Namiq Ələsgərov: "Kəpəz"ə keçməyim düşərli oldu"
ÖLKƏ FUTBOLU 15 Mart 2016 / 17:09 4667
-  A +

"Demək olar ki, bir ildən sonra yenidən yığmaya çağırıldım. Ötən ilin martın sonunda Malta ilə görüşdə millinin heyətində ağır zədə almışdım. Uzun müddət müalicə olundum. Bərpa prosesindən sonra məşqlərə başladım, qışda “Kəpəz”dən dəvət alıb bu komandaya keçdim".

Qol.az-ın məlumatına görə, bu sözləri "Kəpəz"in futbolçusu Namiq Ələsgərov klubun rəsmi saytına açıqlamasında deyib.

Yenidən yığmaya dəvvət alması haqda danışan N.Ələsgərov bunları bildirib: "Gəncə klubuna keçməyim düşərli oldu, yenidən yığmanın məşqçilər korpusunun diqqətini cəlb etdim. Robert Prosineçki Gəncədə oyunumu izlədikdən sonra haqqımda xoş sözlər söyləmiş, belə davam edəcəyim təqdirdə yığmaya dəvət alacağımı bildirmişdi. Təbii ki, bunun üçün sevinirəm”.

Daha çox


Son xəbərlər