"Bavariya"nın hücumçusu Robert Levandovski Çempionlar Liqasında favorit gördüyü komandanın adını açıqlayıb.
Qol.az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, polşalı forvard "Barselona"nın turnirin əsas favoriti olduğunu bildirib:
"Hazırda Çempionlar Liqasının favoriti olub-olmadığımızı bilmirəm. Əgər bütün zədəli futbolçularımız qayıtsa, o zaman "Bavariya"nı favorit hesab etmək olar. "Barselona" isə hazırda digər top-komandalarla müqayisədə daha yaxşı formadadır və turnirin əsas favoritidir. Ancaq bu Kataloniya təmsilçisinin mövsümün sonuna qədər formasını qoruya biləcək anlamına gəlməməlidir".
Qeyd edək ki, "Bavariya" Çempionlar Liqasının 1/8 finalının cavab görüşü çərçivəsində bu axşam evdə "Yuventus"u qəbul edəcək. Bu komandalar arasında Turində baş tutan ilk görüşdə qalib müəyyənləşməyib - 2:2.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”