"Nə qədər yaxşı futbolçu olsan da, məşqçi olmaq istəyirsənsə, bunun üçün müvafiq təhsil almalısan. UEFA-nın bütün məşqçilik kursları bu baxımdan vacibdir. Hətta karyerasını davam etdirən hər bir futbolçu da bunu bilməlidir. Bu, onlara sadəcə, kömək edə bilər".
Qol.az-ın azerisport.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri AFFA-nın təşkil etdiyi məşqçilik kurslarının direktoru Aslan Kərimov deyib.
O, məşqçilik kurslarında iştirak edən "Qarabağ"ın futbolçusu Rəşad Sadıqov haqda da danışıb:
"Rəşad Sadıqovun karyerası sona yaxınlaşır. O, nə qədər tez öyrənməyə başlasa, bir o qədər yaxşıdır. Ola bilər ki, heç gələcəkdə məşqçi kimi yox, klubda hansısa başqa bir vəzifədə çalışacaq. Amma istənilən halda, məşqçilik kurslarında qazandığı biliklər onun köməyinə çatacaq. Şəxsən mən belə düşünürəm ki, Sadıqovdan çox yaxşı məşqçi olar".
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”