AZAL-ın baş məşqçisi Tərlan Əhmədov bu gün “Neftçi” ilə Topaz Premyer Liqasında 25-ci turunun oyunundan (1:1) sonra mətbuat konfransı keçirib.
Qol.az-ın futbolinfo.az saytına istinadən yaydığı xəbərə görə, heç-heçəni belə şərh edib:
- Hiss edirdim ki, komanda oyuna qədər həyəcanlı idi. 3 xal üçün oynayırdıq, amma məcburi əvəzetmələr işimizi çətinləşdirdi. İkinci hissədə müdafiəyə qapandıq, ilk hissədə istədiyimiz oyunu qura bilirdik. Heç-heçə oyunun ədalətli nəticəsi idi. Futbolçularıma da təşəkkür etdim ki, axıra kimi mübarizə apardılar. "Neftçi" də öz adını qoruyub saxlamaq istəyir, amma futbolda zəif büdcə anlayışı yoxdur, hər kəs öz rəqibinə hörmətlə yanaşmalıdır. Heç kimdən zəif futbol oynamırıq, nə də heç kimdən zəifik.
- UEFA rəsmisi bildirdi ki, "Zirə"nin avrokuboklara getməsi qeyri-mümkündür, "İnter"in gedəcəyi də məlum deyil. AZAL 5 və 6-cı pillələr uğrunda mübarizə apararaq, avrokuboklara vəsiqə qazana bilər?
- Bu gün fikirləşmirəm ki, "Zirə" və "İnter" yıxılsın, mən avrokuboklara gedim. Mövsümün əvvəlində ilk 5 turdan sonra 1 xalımız belə yox idi, hətta deyirdilər, qışa qədər AZAL 6 xal toplaya bilməz, indi 33 xalımız var. Bəli, indi avrokuboklarda oynamaq şansımız yaranıb. Bunun üçün çalışıram. Avrokubokları komandam üçün məqsəd qoymuşam, Premyer Liqada qalmaq hədəfini yerinə yetirmişik. Bu gün büdcələri 3-4 milyon olan komandalara qarşı layiqli oyun göstərə biləriksə, deməli, nəsə etmişik. Bu, futbolçularımın əməyidir.
- Vəli Qasımov futbolçu kimi təhlükəli rəqibdir, yoxsa baş məşqçi kimi?
- Vəli Qasımov böyük futbolçu olub. Vaxtı ilə 19 yaşlılardan ibarət milli komandada bir yerdə işləmişik. Əgər bu gün heç-heçə etmişiksə, deməli, ikimiz də təhlükəli məşqçilərik.
- Komandanız bu gün istənilən oyunu göstərə bilmədi...
- Ən zəif oyunlarımızdan birini keçirdik. "Neftçi" ilə aramızda 1 xal fərqi var idi, o da komandada həyəcan yaradırdı.
- Həm Əsgər Abdullayevli, həm Samir Əliyevli, bu gün də Vəli Qasımovlu "Neftçi"yə qarşı mübarizə apardınız. Hansı məşqçinin komandası ilə oynamaq daha çətin idi?
- Gəlin, müqayisə aparmayaq, hər üçü mənim üçün əziz insanlardır.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video