Rahid Əmirquliyev əməliyyat olundu (FOTO)

Rahid Əmirquliyev əməliyyat olundu (FOTO)
XƏBƏR 13 Mart 2016 / 01:18 5168
-  A +

"Qarabağ"ın yarımmüdafiəçisi Rahid Əmirquliyev əməliyyat olunub.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məluata görə, qış transfer pəncərəsi zamanı komandaya transfer edilən millimizin üzvü təlim-məşq toplanışı zamanı zədələnərək təxminən 1 ay yaşıl meydanlardan uzaq qalıb.

Martın 2-də "Sumqayıt"la keçirilən kubok matçında "Qarabağ"ın start heyətində meydana çıxan Əmirquliyev elə ilk hissədə yenidən zədələnib. Almaniyaya göndərilən 27 yaşlı futbolçu uğurla əməliyyat olunub və hazırda reabilitasiya dönəmini keçirir. Əmirquliyevin növbəti həftə Bakıya qayıtması gözlənilir.

Son xəbərlər