"Çox xoşbəxtəm. Hisslərimi başqa cür ifadə edə bilmirəm. Emosiyalarım elədir ki, sanki ilk dəfədir Avropa çempionu oluram".
Qol.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bunu Azərbaycan milli komandasının heyətində ilk dəfə Avropa çempionu olan qadın güləşçi Nataliya Sinişina deyib.
31 yaşlı pəhləvan Latviyanın paytaxtı Riqada keçirilən qitə çempionatında 58 kq çəki dərəcəsi üzrə Norveç idmançısı Qras Yakob Bulyenlə final görüşündə məşqçinin tapşırıq və göstərişlərini yerinə yetirməyə çalışdığını bildirib:
"Mənə "ağılla mübarizə apar, artıq hərəkət etmə" demişdilər. Avropa Oyunlarında da həmin bu isveçlini udurdum. Amma özümdən nə isə hoqqalar çıxarmağa başladım və nəticədə öz hərəkətlərim üzündən uduzdum. Bu dəfə isə həqiqətən də ağıllı qərarlar verdim".
Sinişin xatırladıb ki, bürünc medal qazandığı "Bakı 2015" I Avropa Oyunları ilə müqayisədə, bu dəfə Avropa çempionluğuna çox ciddi köklənibmiş: "Bura gələndə birinci yerdən başqa nəticə barədə düşünmürdüm. Hətta "Birdən başqa cür olar" fikri də beynimdə yox idi. Məqsədyönlü hazırlaşmışdım və bütün düşüncələrim yalnız birinci yerə yönəlmişdi".
Təcrübəli güləşçi Avropa çempionluğunu ailə üzvlərinə və azarkeşlərə həsr etdiyini açıqlayıb: "Bu nailiyyəti ilk növbədə, ailəmə, balaca qızıma, ərim olan şəxsi məşqçimə həsr edirəm. Həyat yoldaşım daim mənimlə səfərlərdə olur, məni hazırlayır, çox iş görür, mənəvi cəhətdən dəstək verir. Eyni zamanda, anama, bütün qohumlarıma, bütün azarkeşlərə, məni dəstəkləyənlərə təşəkkür edirəm ki, mənə inandılar".
Sinişin qarşıdakı hədəfinin 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına hazırlaşmaqdan ibarət olduğunu da vurğulayıb:
"Hazırlaşacaq və Rio-2016"ya vəsiqə qazanmağa çalışacağıq. 58 kq olimpiya çəki dərəcəsi olsa da, lisenziya uğrunda 60 kq çəkidəki Yuliya Ratkeviçlə mübarizə aparacağıq. Görək, hansı qərarı verəcəklər".
Qeyd edək ki, Nataliya Sinişin Azərbaycan vətəndaşlığı qəbul edənədək Ukraya millisində çıxış edib. O, 2009 və 2012-ci illərdə Avropa çempionu, 2006 və 2007-ci il dünya çempionatlarında bürünc medal qazanıb. Sinişinin aktivində müvafiq olaraq, 2007 və 2008-ci illər
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər
Səhv qərar versə də, klubdan üzr istəməyəcək
Elçin Məsiyev dünya çempionatına təyinat aldı
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
"Sabah"ın U-19 komandası "Barselona"ya 7 qolla uduzdu
“Barselona” və “Real” barışıq əldə edə bilmədi
Yunis Hüseynovun cəzası bilindi
Burnu qırılan "Qalatasaray" futbolçusu əməliyyat edildi
“Qarabağ”ın xanım azarkeşləri üçün pulsuz biletlər
Musialanın səhhəti ilə bağlı mühüm detal üzə çıxdı
Zaur Həşimovla bağlı qərar verildi - "Şəfa"da iclas
İsrail "Qalatasaray" azarkeşlərindən UEFA-ya şikayət etdi
“Tottenhem”də yeni müqavilə
"Real" PSV-ni belə darmadağın etdi - Video
İtaliya millisinin təklifini rədd etdiyini açıqladı
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Çempionlar Liqasında iki tarixi rekord
Amerika kuboku bu ölkədə keçiriləcək
Deniz Gülün qələbə qolu və burnuna dəyən təpik - Video
Okan Buruk “Aston Villa” qələbəsini dəyərləndirdi
"Qalatasaray" və "Real"dan qələbə - ÇL-də nəticələr
Ronaldodan 987-ci qol
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Məşhur futbolçu karyerasını bitirmək fikrindən daşındı
2-ci liqada həftənin hakimləri
"Sabah"ın "Barselona" hazırlığından - Şəkillər
"Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı
Andrey Arşavin Bakıya gəlib
“Barselona” Bakı Olimpiya Stadionunda - Video
"Sabah" La Liqa komandalarını xatırladır" - Flik