“Xəzər Lənkəran”dan ayrılan məşqçi “Neftçi”də

“Xəzər Lənkəran”dan ayrılan məşqçi “Neftçi”də
XƏBƏR 12 Mart 2016 / 01:01 8165
-  A +

“Neftçi” fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorre ilə müqavilə imzalayıb.

Qol.az-ın klubun rəsmi saytına istinaən yaydığı xəbərə görə, anlaşmaya əsasən, italiyalı mütəxəssis mövsümün sonunadək “ağ-qaralar”ın fiziki hazırlıq üzrə məşqçisi olacaq.

Qeyd edək ki, 2009-2010-cu illərdə “Neftçi”də çalışmış Covanni Melkiorre Türkiyənin “Qalatasaray”, Rumıniyanın “Astra”, “Petrolul” və ÇFR, eləcə də “Xəzər Lənkəran” klublarında da işləyib.


Son xəbərlər