“Rəqibin kimliyinin fərqi olmamalıdır. Liderlərə qarşı necə hazırlaşırıqsa, aşağı pillələrdə gedən komandalara da qarşı o cür məşq etməliyik”.
Qol.Az-ın məlumatına görə, “Kəpəz”in futbolçusu Tural Nərimanov Topaz Premyer Liqanın 25-ci turunda “Xəzər Lənkəran”la oyun öncəsi klubun saytına deyib.
O, komandada əhval-ruhiyyənin yaxşı olduğunu bildirib: "Həvəslə məşq edirik. Plan üzrə hazırlaşırıq. İnşallah, doğma meydanda qələbə qazanıb, azarkeşlərimizi sevindirərik”.
T.Nərimanov cəza səbəbindən Lənkəran təmsilçisi ilə matçı buraxacaq Şəhriyar Rəhimov və Şəhriyar Əliyev haqda da danışıb:
“Hər ikisi komandanın əsas oyunçularıdır, onların meydanda olmaması oyunumuza təsir edə bilər. Əgər baş məşqçimiz şans versə, oynamağa hazıram. Cinahlarda yox, əsasən müdafiənin mərkəzində çıxış etmişəm. Məşqçilər hansı mövqedə desə, orada oynamağa hazır olmalıyıq”.
“Kəpəz”in heyətində mərkəz müdafiəçisi mövqeyində dörd futbolçu oynayır. Məşqçilər heyəti Tərlan Quliyev və Şəhriyar Əliyev əsas heyətdə yer verirsə, Nərimanovla Azad Kərimov ara-sıra meydanda görünür:
“Rəqabət nə qədər çox olarsa, ümumi işimizə bir o qədər xeyir dəyər, inkişaf olar. Dördümüz də çalışırıq ki, məşqlərdə özümüzü yaxşı tərəfdən göstərək. Kim daha hazırlıqlıdısa, ona da şans verilir. Həmin futbolçu da özünü doğrultmalıdır. Mərkəz müdafiəçilərinin çoxluğu həm komandaya, həm də bu mövqedə oynayan futbolçulara müsbət təsir edir” - deyə o bildirib.
“Bavariya”dan darmadağın
"Daha güclü “Şəfa” görəcəyik" - Zaur Həşimov
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
Qəbələdə vurulan qollar - Video
“İlk qola qədər pis görünmürdük” - Amil Ağacanov
“Sabah" bizə müraciət etsə..." - Vernidub
MOİK "Xankəndi"ni məğlub etdi
Mourinyo: "Formula 1-dən öyrənəcəyimiz çox şey var"
"Qarabağ" - "Şəfa": Heyətlər
Yamaldan "Qızıl top" açıqlaması
Xavi sabiq futbolçusu olan bombardiri milliyə çağırmadı
"Sabah"dan 10 futbolçu milli komandalara dəvət alıb
"Qəbələ" - "Neftçi": Heyətlər
Tofiq Bəhramov stadionu təmir olunacaq
41 yaşlı Ronaldo yenidən milliyə çağırıldı
"3-4 şirkətlə aktiv danışıqlar gedir" - PFL rəsmisi
Azərbaycandan Surinam millisinə çağırıldı
Tomas Tuhel İngiltərə millisinin heyətini açıqladı
Azərbaycan kubokunun püşkü atıldı
"Sabah"ın futbolçusu 2 ildən sonra Polşa millisinə çağırıldı
Nəriman niyə bu dəfə milliyə dəvət edilmədi?
Türkiyə millisində karyerasını başa vurdu
"Liverpul"un gənc hücumçusu "Arsenal"a keçdi
Milliyə 30 futbolçu çağırıldı - Onlar kimlərdir?
Libertadores kubokunda yarımfinal cütləri müəyyənləşdi
Klopp millini necə dəyişir? – 44 futbolçu, 16 debütant
"Qarabağ"ın prezidenti bu bankın rəhbəri oldu
Azərbaycanda oynayan futbolçu millimizlə matça çağırıldı