Benitesin yeni klubu rəsmiləşdi

Benitesin yeni klubu rəsmiləşdi
XƏBƏR 11 Mart 2016 / 20:43 8875
-  A +

"Real"ın sabiq baş məşqçisi Rafael Benitesin "Nyukasl"a keçidi rəsmiləşib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, ispan mütəxəssislə üç illik müqavilə imzalanıb. O, bu gün istefaya göndərilən Stiv Maklareni əvəzləyib.

Qeyd edək ki, "Nyukasl" hazırda İngiltərə Premyer Liqasının  turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.


Son xəbərlər