Bakıda İtaliyanın "Yuventus" futbol klubunun uşaq düşərgəsinin açılışı olub.
Qol.az-ın "Report"a istinadən verdiyi məlumata görə, tədbirdə klubun əfsanəvi futbolçusu David Trezege də iştirak edib.
Əvvəlcə Turin şəhəri təmsilçisinin uşaq futbolu ilə bağlı layihəsindən bəhs edən süjet nümayiş etdirilib.
Ardından "Yuventus"un Futbol Məktəbləri üzrə İnkişaf mütəxəssisi Karolina Çiappero layihə barədə məlumat verib. O bildirib ki, 70-dən artıq ölkədə tərəfdaşları fəaliyyət göstərir. 5 yaşdan yuxarı 150 minədək uşağın layihəyə cəlb olunduğunu deyən K.Çiapperonun sözlərinə görə, məqsəd təkcə uşaqları futbolçu kimi yetişdirmək deyil, dəyərləri aşılamaqdan ibarətdir: "Biz hesab edirik ki, layihəyə cəlb olunmuş uşaqlar dünyada daha maarifləndirici işlər görə, futbol vasitəsilə əylənə biləcəklər. Uşaqlar bu layihəyə qoşulandan sonra şəxsiyyət kimi formalaşacaqlar. Bu onların futbolla məşğul olub-olmamaları ilə əlaqədar deyil. Bu layihəyə qoşulan gənclər yüksək səviyyədə hazırlıq keçəcəklər".
Layihəyə azərbaycanlı məşqçilərin də cəlb olunacağını deyən K.Çiappero onların italiyalı mütəxəssislərlə birgə sıx işləyəcəklərini vurğulayıb.
"JuAzerbaijan"ın baş meneceri Anar Məmmədov "Yuventus"un uşaq düşərgəsinin Bakı Olimpiya Stadionunda açılacağını söyləyib. Onun sözlərinə görə, ilk düşərgə 6 - 12 iyunda, ikincisi isə 13 - 19 iyunda açılacaq. Hər bir düşərgəyə 90 uşaq qəbul olunacaq. Məşqlər "Yuventus"da müxtəlif yaş qruplarında, o cümlədən əsas komandada təcrübəyə malik 3 mütəxəssisin rəhbərliyi altında keçiriləcək. İşə 3 azərbaycanlı mütəxəssis və tərcüməçi də cəlb olunacaq:
"Yuventus"un məşqləri çox fərqlidir. Məşqçilərdə uşaqlara fərdi yanaşma var. Bu metodika sayəsində uşaq bir həftəlik dərsdən sonra futbola yeni baxışla yanaşır. Əsas məqsədimiz uşaq futbolunu inkişaf etdirmək və "Yuventus"un tanınmasında rol oynamaqdır. Düşərgəyə həm peşəkar, həm də adi futbolsevər uşaq cəlb oluna bilər. Məşqlər 09:00 - 18:00-da keçiriləcək. Bu müddətdə ikisaatlıq fasilə veriləcək. Stadionda hər ehtimala qarşı təcili tibbi yardım olacaq. Dərslərin sonunda sertifikatlar veriləcək. Təhsil haqqı 250 avro olacaq".
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi
Messidən unikal rekord
ÇL-in oyunları bu kanallarda
İtaliya millisinin sabiq hücumçusu B Seriyasında