“Harda oynayacağıma ailəm qərar verəcək” – İbrahimoviç

“Harda oynayacağıma ailəm qərar verəcək” – İbrahimoviç
XƏBƏR 11 Mart 2016 / 14:23 3989
-  A +

PSJ-nin hücumçusu Zlatan İbrahimoviç bu mövsüm başa çatdıqdan sonra hansı klubda oynaya biləcəyi ilə bağlı açıqlama verib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o qeyd edib ki, gələcək karyerası ilə bağlı qərarı ailəsi verəcək.

“Corriere dello Sport” qəzeti yazıb ki, xanımı İbrahimoviçin “Milan”a qayıtmasını istəyir.

Qeyd edək ki, isveçli hücumçunun PSJ ilə müqaviləsi bu yay başa çatır. Onun İngiltərədə, daha sonra isə ABŞ-da “Mayami” klubunda oynayacağı iddia edilir.


Son xəbərlər