“Burda daim Azərbaycan futbolunun inkişafı üçün mübahisələr və qərarlar olacaq. Çalışmalıyıq ki, futbolumuzun gələcəyi üçün düzgün, doğru qərarlar qəbul edək”.
Qol.az-ın apasport.az saytına istinadən yaydığı məlumata görə, bu sözləri jurnalistlərə açıqlamasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
AFFA-nın Hesabat-Seçki Konfransında qurumun İcraiyyə Komitəsinə üzv seçilən 44 yaşlı mütəxəssis yeni “amplua”sı haqda təəssüratlarını açıqlayıb: “Açığı, bu gün çox da aktiv olmadım. İlk dəfə idi, qərarlarla yeni maraqlanırdım. Hansı qərarları vermək lazım olduğuna bu gün tam əmin deyildim. Düşünürəm ki, bundan sonra özüm də Azərbaycan futbolunun inkişafı üçün bəzi fikirlər bildirim”.
Konfransın ardından baş tutan İcraiyyə Komitəsinin yığıncağına qatılan Qurbanov iclas haqda fikirlərini bildirib: “İlk görüş çox maraqlı oldu. Mənə maraqlandıran tək futbol mütəxəssisləri yox, hər bir sahədən insanlar vardı. Düşünürəm ki, bu vacib olan bir şeydir. Çünki hər sahədə futbolumuzun inkişafı üçün sözü keçən insanlar lazımdır ki, hamının bu idman növünə marağı böyüsün. Belə olduğu halda, biz daha da diqqətli olacağıq, doğru qərarlar qəbul etməliyik. Bilirik ki, hər sahəyə sözümüz çatacaq”.
“Qarabağ”ın baş məşqçisi yeni vəzifədəki məqsədini də açıqlayıb: “Çalışacam ki, ilk növbədə İcraiyyə Komitəsinə, o cümlədən bütün futbolumuza faydalı olum. Kənardan bəlkə də asan görünə bilər. Ancaq mənim üçün futbol daha da məsuliyyətli oldu”.
Təcrübəli mütəxəssis namizədliyinin irəli sürülməsi ilə bağlı da danışıb: “Bu, birdən-birə baş verən proses olmadı. Bəlkə də son bir neçə ildə bu barədə fikirlər bildirilirdi. İcraiyyə Komitəsində olmağımla və ya futbolumuzun inkişafı üçün bəzi sahədə olmağın faydalı olar. Yəni qarşılıqlıdır. Namizədliyim həm federasiya, həm də klub tərəfindən irəli sürülüb”.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi
Messidən unikal rekord
ÇL-in oyunları bu kanallarda
İtaliya millisinin sabiq hücumçusu B Seriyasında