UEFA-nın baş katibi Teodor Teodoridis AFFA-nın bu gün keçirilən növbəti Hesabat-Seçki Konfransından sonra jurnalistlərin suallarını cavablandırıb
Qol.az-ın məlumatına görə, o, bir sıra maraqlı məqamlara aydınlıq gətirib
- UEFA prezidentliyinə seçkilər nə vaxt olacaq?
- Biz bunu açıqlaya bilmərik. Bunun üçün İdman Arbitraj Məhkəməsinin Mişel Platini barədə qərarı açıqlanmalıdır. Bundan sonra seçkilər barədə danışmaq olar.
- Azərbaycanın xarici işlər naziririnin AFFA İcraiyyə Komitəsinə üzv seçilməsinə münasibətiniz necədir? Klublarımıza verilən cəzalar barədə nə deyə bilərsiniz?
- Bu, birbaşa FİFA ilə bağlı məsələdir. O ki qaldı nazirin İcraiyyə Komitəsinin üzvü seçilməsinə, məncə, bu yaxşı haldıe. Bizim qapımız futbolu sevən hər bir kəsin üzünə açıqdır.
- Maliyyə "fair-play"i bir neçə il tətbiq edildi. Bundan sonra iş adamları futboldan qaçmağa başladı. Bir çoxları bu qaydanın götürülməsinin tərəfdarıdır.
- Bunun əsas məqsədi futbola olan maliyyəni tənzimləməkdir. Məsələn, bir neçə il öncə bir biznesmen bir kluba külli miqdarda pul ayırmış, sonra klub klub müflis olmuşdu. O ki qaldı bunun tətbiqinə, bunun üçün ilk öncə klublarla danışıq aparırıq. Klublar razı olmadıqda bu, həyata keçirilmir.
- UEFA-nın qaydasına görə bir klubun avrokuboklarda iştirak etməsi üçün ən az 3 il fəaliyyət göstərməlidir. Bu il Azərbaycan Premyer Liqasında debüt edən "Zirə" avrokuboklara vəsiqə qazanmağa yaxın olsa da, bu kriteriyalara uyğun deyil. Komanda üçün istisna hal ola bilər?
- Əlbəttə ola bilər, ancaq bunun üçün gərək bu klubun əvvəllər də fəaliyyəti olsun. Yox əgər 3 ildi yaranıbsa, onun avrokuboklarda mümkün deyil. Yalnız adı dəyişdirilibsə, əvvəllər mövsud olubsa, icazə verilə bilər.
- AFFA-da həmişə hesabat-seçki konfransı martda olur. Digər ölkələrdə də belədi?
- UEFA-da bu cür konfranslar fevral-mart aylarında təşkil edilir. Çünki bundan öncə UEFA prezidenti tərəfindən bəzi məsələlər təsdiq edilməlidir. O ki qaldı federasiyalara, bu, müxtəlif vaxtlarda keçirilir. Tez keçirən də var, gec keçirən də. Bizdə bu il bir qədər fərqli oldu. FİFA konqresindən əvvəl - fevralda keçirdik. Ancaq dediyim kimi, bunun konkret vaxtı yoxdur.
Ergün SEYİD
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi
Messidən unikal rekord
ÇL-in oyunları bu kanallarda
İtaliya millisinin sabiq hücumçusu B Seriyasında