"Real" qapıçısı ilə müqavilə yeniləyir

"Real" qapıçısı ilə müqavilə yeniləyir
XƏBƏR 11 Mart 2016 / 01:07 4040
-  A +

"Real" (Madrid) qapıçısı Keylor Navasla müqavilə yeniləməyə hazırlaşır.

Qol.az-ın "AS" qəzetinə istinadən verdiyi məlumata görə, "kral klubu" kosta-rikalı qolkiperə mövsümün sonunda yeni müqavilə təklif edəcək.

Navasın çıxışından razı qalan "Real"ın baş məşqçisi Zinəddin Zidan da başqa qapıçıya ehtiyac duymadıqlarını bildirib. Klubla mövcud müqaviləsi 2020-ci ildə başa çatacaq 29 yaşlı qapıçı ilinə 2 milyon avro qazanacaq.

Qeyd edək ki, Kosta-Rika millisinin qapıçısı olan Navas 2014-cü ildən "Real"ın şərəfini qoruyur.


Son xəbərlər