Orxan Sadıqlı: "İKK-dır, PKK-dır, nədir, hamısı baxsın!"

Orxan Sadıqlı: "İKK-dır, PKK-dır, nədir, hamısı baxsın!"
XƏBƏR 9 Mart 2016 / 21:52 10033
-  A +

"Hamınız hakimi gördünüz. Penaltidən qabaqkı epizoda hamı baxsın. Bütün Azərbaycan baxsın. Özüm də baxacağam. Görsünlər ki, İbrahim Qədirzadəyə qarşı qayda pozuntusu var idi, yoxsa...".

Qol.az-ın Sportnet.az-a istinadən yaydığı xəbərə görə, bunu jurnalistlərə açıqlamasında "Xəzər Lənkəran"ın qapıçısı Orxan Sadıqlı "Neftçi" ilə Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab görüşündən sonra deyib.
 
23 yaşlı qolkiper bildirib ki, "Neftçi"yə 0:2 hesabı ilə uduzduqları oyunda komandasının əziyyəti hədər gedib:
 
"Belə olmaz da... "Neftçi" bizi yalnız bu cür uda bilər. Sürünə sürünə. Belə futbol oynamazlar, belə hakimlik də etməzlər. Zəhmət çəkirik. Lənkəranda açıq futbol oynadıq, 3:2 hesabı ilə qalib gəldik. Düzdür, qol buraxmaya da bilərdik, hamımızın səhvi oldu. Amma buradakı oyunda ilk yarını qolsuz başa vursaq da ikinci hissədə... Qoy, bir daha o epizoda baxsınlar. Xaqani Məmmədov başda olmaqla, kim var orda, İKK-dır, PKK-dır, nədir, hamısı. Uşağı tapdalayırlar, hakim fiti ağzına aparır, çalmır. Niyə çalmırsan? Niyə uşağın haqqına girirsən? Kim onun cavabını verəcək? Heç kim Allah qarşısında cavab verə bilməyəcək. Bu dünyada verəcəksənsə, o dünyada verə bilməyəcəksən".

Son xəbərlər
17.05.25  15:18

Ronaldo yeni klub alır