Bakı “İnter”inin futbolçusu Vüqar Nadirovun “Rəvan”ı 3:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəldikləri oyundan sonra müsahibəsi
- “İnter”in heyətində ilk qolunu vurdun...
- Xeyli müddətdir ki oynamırdım. Çalışıram ki, oyundan-oyuna əvvəlki formamı bərpa edim.
- Bugünkü matçla, ilk görüşdəki nəticənin təsadüf olduğunu göstərdiniz...
- Təsadüf deməzdim. Ola bilər ki, futbolçularda yorğunluq var idi. “Rəvan”a yuxarıdan-aşağı baxmırdıq. Bizə bu oyunda vacib qələbə lazım idi,
- Kubokun yarımfinalında sabiq komandanız “Qarabağ”la qarşılaşacaqsınız. Bu oyun sənin üçün nə qədər əhəmiyyətlidir?
- “Qarabağ”a qarşı oynamaq mənim üçün hər şey deməkdir. Bir ağdamlı kimi “Qarabağ”a qarşı oynamaq mənim üçün çətin olacaq.
- Hər dəfə “Qarabağ” adı eşidəndə sanki acıqlı danışırsan...
- Xeyr, mənim “Qarabağ”la heç bir problemim olmayıb. Qurban Qurbanovla bu günün özündə də münasibətim var.
- Meydanda görünən odur ki, hələ də “İnter”ə uyğunlaşmamısan...
- Yavaş-yavaş olacaq. Birdən-birə Amerika yarana bilməz. İnşallah, 4-5 oyundan sonra hər şey qaydasına düşəcək.
- “İnter” üçün kubok, yoxsa çempionat daha önəmlidir?
- “İnter” iki cəbhədə də mübarizə aparır. “İnter” uzun müddətdir kuboku qazana bilmir. Medallar üçün mübarizə aparacağıq.
- “İnter” və “Zirə”nin avrokuboklara buraxılmaq şansı azdır. Bunu bilə-bilə oyunlara necə motivasiya olursunuz?
- Bu barədə düşünmürük. Meydana çıxdıqda yalnız oyunumuz barədə fikirləşirik. Fikrimcə bu problem həll olunacaq və “İnter” növbəti ildə də Aərbaycanı avrokuboklarda təmsil edəcək.
- “İnter”ə gəlməklə milli komandaya yolunun kəsildiyini düşünmürsən?
- “Qəbələ”yə getməmişdən əvvəl “İnter” mənimlə maraqlanırdı. Amma mən “Qəbələ”yə keçməyi üstün tutdum. Buna, səhv addım deməzdim. Sadəcə, qismət bu idi. Buna da şükür.
Mənbə: futbolinfo.az
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi
Messidən unikal rekord
ÇL-in oyunları bu kanallarda
İtaliya millisinin sabiq hücumçusu B Seriyasında
Okan Buruk "Sportinq"lə bugünkü oyun haqda
Arteta: "Hazırıq və qətiyyətliyik”
"Sabah" hücumçu aldı