Vüqar Nadirov “İnter”də ilk qolunu vurdu

Vüqar Nadirov “İnter”də ilk qolunu vurdu
XƏBƏR 9 Mart 2016 / 16:24 3446
-  A +

Bakı “İnter”inin yeni transferi Vüqar Nadirov paytaxt klubunda ilk qolunu vurub.

Qol.az-ın məlumatına görə, millimizin hücumçusu Azərbaycan kubokunun 1/4 finalının “Rəvan”la cavab matçında fərqlənib. Matçın 85-ci dəqiqəsində rəqib qapısına yol tapan futbolçu hesabı 3:0 edib.

Qeyd edək ki, V.Nadirov bu ilin yanvar ayında “Qəbələ”dən “İnter”ə keçib.

Son xəbərlər