Bakı “İnter”ində ciddi itki

Bakı “İnter”ində ciddi itki
XƏBƏR 9 Mart 2016 / 16:10 2872
-  A +

Bakı “İnter”i ciddi itki ilə üzləşib.

Qol.az-ın məlumatına görə,  paytaxt klubunun kapitanı Nizami Hacıyev Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Rəvan”la cavab oyununda zədələnib.

Matçın 20-ci dəqiqəsində əzələsini dartan yarımmüdafiəçi məcburən əvəzlənib. Onu Vüqar Nadirov əvəzləyib. Nadirov isə matçın 85-ci dəqiqəsində komandasının 3-cü qoluna imza atıb.

N.Hacıyevin durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.

Son xəbərlər