Van der Sar 45 yaşında futbola qayıdır

Van der Sar 45 yaşında futbola qayıdır
XƏBƏR 9 Mart 2016 / 12:29 8016
-  A +

Hollandiya millisinin və "Mançester Yunayted"in keçmiş qapıçısı Edvin van der Sar 45 yaşında futbola qayıtmağa hazırlaşır.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, ölkəsinin həvəskarlar liqa təmsilçisi, yeniyetməlik illərində çıxış etdiyi "Nordveyk"də oynayacaq.

Bu barədə klubun nümayəndəsi Piter Vink məlumat verib. O deyib ki, Ervin van der Sar böyük ehtimalla bir oyun komandaya kömək edəcək.

Qeyd edək ki, Edvin van der Sar 2011-ci ildə Çempionlar Liqasının finalında "Barselona"ya uduzduqları oyundan sonra futbolçu karyerasını başa vurub.


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner