Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilib.
Qol.az-ın məlumatına görə, baş tutacaq 4 oyundan sonra yarımfinal mərhələsinə yüksələcək komandalar bəlli olacaq.
Günün ilk matçı paytaxtda baş tutub. Burada “İnter” “Rəvan”ı qəbul edib. Rəqibinə 3:0 hesabı ilə qalib gələn "İnter" yarımfinala yüksəlib.
Digər qarşılaşma Sumqayıtda keçirilib. Şəhərin eyniadlı komandası “Qarabağ”ı qəbul edib. Ağdam təmsilçisi rəqibinə 4:1 hesabı ilə qalib gələrək yarımfinala adını yazdırıb.
Növbəti qarşılaşmada “Qəbələ” “Zirə”ni qəbul edib. Səfərdə rəqibinə 2:1 hesabı ilə qalib gələn "qırmızı qaralar" evdə böyükhesablı qələbə qazanaraq yarımfinala adlayıb - 5:1.
Günün son oyununda isə “Neftçi” əzəli rəqibi “Xəzər Lənkəranı” qəbul edib. İlk görüşdə rəqibinə 3:2 hesabı ilə qalib gələn cənub klubu üstünlüyünü qoruya bilməyib. 2:0 hesabı ilə qalib gələn “Neftçi” növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, yarımfinalda "Qarabağ" "İnter"lə qarşılaşacaq. "Qəbələ" isə "Neftçi" ilə üz-üzə gələcək.
9 mart
Azərbaycan kuboku, 1/4 finalın cavab oyunları
17:30. “Neftçi” - “Xəzər Lənkəran” - 2:0
Qollar: Ruslan Qurbanov, 60-pen. (1:0), Araz Abdullayev, 64 (2:0)
(ilk oyun - 2:3)
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Yaşar Abbasov, Orxan Məmmədov.
Bakı. “Bakcell Arena”.
14:00. “İnter” - “Rəvan” - 3:0
Qollar: Nika Kvekveskiri, 31 (1:0), Sezar Meza Kolli, 65 (2:0), Vüqar Nadirov, 85 (3:0)
(ilk oyun - 1:2)
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İsgəndər Əliyev, Fariz Yusifov.
Bakı. “İnter Arena”.
15:00. “Qəbələ” - “Zirə” - 5:1
Qollar: Aleksey Qay, 5 (1:0), 12 (2:0), Rəşad Sadiqov, 17 (3:0), Nurlan Novruzov, 36 (3:1), Rəşad Eyyubov, 65 (4:1), Ermin Zets, 79 (5:1)
(ilk oyun - 2:1)
Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, Coşqun Həsənov, Rəvan Həmzəzadə.
Qəbələ şəhər stadionu.
15:00. “Sumqayıt” - “Qarabağ” - 1:4
Qollar: Muarem Muarem, 6 (0:1), Samuel Armenteros, 10 (0:2), Muarem Muarem, 50 (0:3), Samuel Armenteros, 58 (0:4), Xəyal Nəcəfov, 63 (1:4)
(ilk oyun - 0:2)
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Vüqar Bayramov, Ziya Nəsirov.
Sumqayıt. “Kapital Bank Arena”.
Azərbaycan kubokunda yarımfinal cütlükləri
(27 aprel – 4 may)
“İnter” – “Qarabağ”
“Neftçi” – “Qəbələ”
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"