"Həm özümə, həm də komandamıza bayram hədiyyəsi etdim".
Qol.az-ın “Sportnet.az”a istinadən yaydığı xəbərə görə, bunu Azərbaycanın qadın güləşi üzrə milli komandasının lideri Mariya Şarapova Latviyanın paytaxtı Riqada əldə etdiyi Avropa çempionluğundan sonra Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.
28 yaşlı pəhləvan bildirib ki, 5 qat qitə çempionluğu ilə yığmadakı digər qadın güləşçilərə də yüksək əhval-ruhiyyə bəxş edib. O, fürsətdən istifadə edərək, bütün Azərbaycan qadınlarını 8 mart bayramı münasibətilə təbrik edib: "Bütün qadınları, gözəlləri təbrik edirəm. Qoy, həmişə sevimli, sağlam olsunlar və ailələri ilə yaxşı günlər keçirsinlər".
Stadnikin fikrincə, Avropa çempionatı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına hazırlıq mərhələsi xarakteri daşıyıb: "Olimpiada istənilən idmançı üçün əsas yarışdır. Avropa çempionatı isə "Rio-2016"ya gedən yoldur. Hamı olimpiadaya hazırlaşır. Hələ ötən ilki dünya çempionatında lisenziyanı qazandığımdan, olimpiadaya məqsədəuyğun şəkildə hazırlaşıram".
Artıq qələbəyə adət etdiyini deyən təcrübəli pəhləvan dünya çempionluğu və "Bakı 2015" I Avropa Oyunlarındakı qızıl medalı ilə birgə 7-ci titulunu qazandığını xatırladıb: "İstənilən halda, bu medalların öz təəssüratları var. Amma ilk çempionluqla indikini müqayisə etmək olmaz. Çünki indiki emosiyalarım daha sakitdir".
"Rio-2016"dək bir neçə turnirə də qatılacağını deyən Stadnik hələlik həmin yarışın müəyyənləşmədiyini bildirib: "Dünya Kubokunda iştirak etməyi planlaşdırırdıq, amma təəssüf ki, bu il olmayacaq. Bu yarış bizim siyahımızdan çıxıb. Yəqin ki, indi hansı turnirə qatılmalı olduğumuz üzərində düşünəcəyik".
Qeyd edək ki, Mariya Stadnik 2008, 2009, 2011, 2014 və 2016-cı illərdə Avropa çempionu olub. Onun aktivində "Bakı 2015" I Avropa Oyunlarının qızıl medalı və 2009-cu ilin dünya çempionluğu da var.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi
Messidən unikal rekord
ÇL-in oyunları bu kanallarda
İtaliya millisinin sabiq hücumçusu B Seriyasında
Okan Buruk "Sportinq"lə bugünkü oyun haqda
Arteta: "Hazırıq və qətiyyətliyik”
"Sabah" hücumçu aldı